İdman

"Neftçi"nin növbəti rəqibi müəyyənləşir

5 Avqust 2019 09:53
2 Şərh     Baxış: 2 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFAnın Nyondakı qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Püşkdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı rəqibi bilinəcək.

"Ağ-qaralar" 3-cü mərhələsədə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı cütlüklərdən birinin qalibi ilə görüşəcək:

"Antverpen" (Belçika) - Viktoriya" (Çexiya)

"Brondbü" (Danimarka) - "Braqa" (Portuqaliya)

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)

"Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina)

"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə)

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" isə 3-cü mərhələdə APOL-lə bacarmasa, mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Bu zaman komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində qərarlaşacaq və  Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq.

"Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya)

"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)APOL

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.