İdman

Hemillton kvalifikasiyanın qalibi oldu

28 İyul 2019 10:39
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mercedes" komandasının pilotu və ümumi hesabda lider olan britaniyalı Lüis Hemilton "Formula 1" maşınları sinifli avtomobil yarışları üzrə dünya çempionatının 11-ci mərhələsi - Almaniya Qran-prisinin təsnifatında ən yaxşı nəticə göstərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı britaniyalı ən yaxşı dairəsini 1 dəqiqə 11,767 saniyəyə keçib və bununla mövsümdə dördüncü poul- mövqeyini (karyerasında 87-ci) qazanıb.

"Ferrari"nin alman pilotu Sebastyan Fettel mühərrikin gücünü itirməsi səbəbindən sonuncu - 20-ci yeri tutub.

"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen ikinci (+0,346), Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas (+0,362) üçüncü olub.

Almaniya Qran-prisi iyulun 28-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.