İdman

Valverdenin istəmədiyi futbolçu “Borussiya”nın hədəfində

27 İyul 2019 09:52
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Borussiya" (Dortmund) klubu "Barselona"nın futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Barselona"nın 22 yaşlı futbolçusu Malkom, Dortmund klubunun transfer hədəfindədir. Almaniya klubunun bu transfer üçün hərəkətə keçdiyi və katalonlara 42 milyon avro təklif etdiyi bildirilir. "Barselona" rəhbərliyi baş məşqçi Ernesto Valverdenin planlarında yer almayan futbolçunun klubdan ayrılmasına müsbət yanaşır.

Braziliyalı futbolçu ilə "Arsenal", "Everton" və "Tottenhem" də yaxından maraqlanır.

"Bordo"dan 41 milyon avro müqabilində transfer olunan Malkomun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, "Barsa"nın heyətində iştirak etdiyi 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.