İdman

Paracüdoçularımız Avropa çempionatında ilk sıradadır

26 İyul 2019 23:30
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya milli komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadınların yarışında Sevda Vəliyeva (57 kq) ikinci, Səbinə Abdullayeva (52 kq) isə üçüncü olublar.

Kişilərin mübarizəsində Bayram Mustafayev (66 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıblar.

Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc mükafat qazanan Azərbaycan millisi medal sayına görə, birinci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.