İdman

Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı

26 İyul 2019 17:52
Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, finalda rusiyalı idmançı Əhməd Maqomedova qalib gələn cüdoçumuz festivalın çempionu olub.

Qeyd edək ki, səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ippon, dörddəbir finalda yunanıstanlı Aristotelis Aris Leonidisə vazari xalı ilə qalib gəlib. İdmançımız yarımfinalda moldovalı Alin Bagrini ipponla məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları italiyalı Cean Karlettini məğlub edən gürcüstanlı Giqa Tatiaşvili və moldovalı Alin Baqrinə qalib gələn fransalı Mathias Anlion qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.