İdman

Boks daha bir idmançının canını aldı - FOTO

26 İyul 2019 18:06
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinalı boksçu Huqo Santilyan vəfat edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 23 yaşlı idmançı uruqvaylı Eduardo Abreu ilə keçirdiyi döyüş bitdikdən sonra huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Huqo, beyin qanaxması nəticəsində 5 gün sonra dünyasını dəyişib.

Bir müddət əvvəl rusiyalı boksçu Maksim Dadaşov da rinqdə aldığı zərbələrdən sonra beyin qanaxması yaşamış və yerləşdirildiyi xəstəxanada vəfat etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.