İdman

EYOF: Hüseyn Məmmədov finalda!

26 İyul 2019 14:43
0 Şərh     Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqri üzərində ipponla qələbə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-da yarışan Məhərrəm İmamverdiyev də təsəlliverici görüşlərdə qələbə qazanıb. O, bürünc medal uğrunda görüşdə İsrail təmsilçisi ilə qarşılaşacaq.

Qadın cüdoçu, 70 kq-da yer alan Nərmin Əmirli təsəlliverici görüşdə rusiyalı Yelizaveta Postnikovaya uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.