İdman

"Real"ın transferi zədələndi

26 İyul 2019 18:56
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mövsüm öncəsi  "Real"ın heyətində zədəli futbolçular siyahısına daha biri əlavə olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Brahim Diaz və Marko Asensionun ardından yeni transfer Ferland Mendi də sıradan çıxıb.

"Lion"dan cəlb edilən fransız müdafiəçinin baldır nahiyəsindən aldığı zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Mendi "Atletiko", "Tottenhem" və "Zalsburq"la keçiriləcək yoldaşlıq matçlarını buraxmalı olacaq. 

24 yaşlı oyunçunun ən yaxşı halda avqustun 24-də La Liqanın 2-ci turunda "Valyadolid"lə matça hazır olacağı gözlənilir. 

Qeyd edək ki, Madrid klubu Mendini 48 milyon avro qarşılığında transfer edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.