İdman

Cüdoçumuz Vüqar Talıbov EYOF-un FİNALINDA

25 İyul 2019 14:43
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan cüdoçusu Vüqar Talıbov XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF Bakı 2019) finala yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəki üzərində inamlı qələbə qazanıb. O, qızıl medal uğrunda görüşdə Luigi Centraçio (İtaliya) - Rodriqo Pires (Portuqaliya) cütünün qalibi ilə görüşəcək.

Qadın cüdoçu Aytac Qardaşxanlı isə yarımfinalda uduzub. O, finala gedən yolda rusiyalı Kseniya Qalitskayaya məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.