İdman

“EYOF Bakı 2019”: Cüdoçularımız növbəti mərhələyə keçib

25 İyul 2019 13:35
0 Şərh     Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının ikinci günündə Azərbaycan idmançıları inamlı çıxışlarını davam etdirirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların ikinci günündə Azərbaycan təmsilçisi Aytac Qardaşxanlı (57 kq) onaltıdabir finalda Finlandiya təmsilçisi Erika Vauhkoneni məğlub edib - 10:0. Qadın cüdoçumuz səkkizdəbir finalda Böyük Britaniya təmsilçisi İzobel Kitçenə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb.

Oğlanların mübarizəsində isə səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Elquca Şinçaraşviliyə (Gürcüstan) ipponla qalib gəlib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Sayxan Şabixanovdur.

Komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) isə səkkizdəbir finalda Belarus idmançısı Dzianis Yauseyenkanı ipponla məğlub edib. Dörddəbir finalda onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.