İdman

"Qəbələ" "Dinamo"ya qarşı - HEYƏTLƏR - YENİLƏNİB

25 İyul 2019 17:56
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:56

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu qəbul edəcək.

Milli.Az xəbər verir ki, komandaların start heyətləri bəlli olub: "Qəbələ": 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Zuniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio, 14. Ülvi İskəndərov, 21. Ferreira Lopes, 74. Yusif Nəbiyev, 77. Mirab Qiqauri

"Dinamo": 1. Perales Nayera, 3. Monxil, 5. Koburi, 8. Kuxinaidze, 10. Şengeliya (k), 15. Papava, 16. Kimadze, 19. Kutalia, 23. İaşvili, 32. Ninua, 38. Kavtaradze

----------
10:34

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" bu gün mübarizəyə start verəcək. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi "Dinamo"sunu qəbul edəcək.

"Qəbələ" 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.

25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.