İdman

Azərbaycan yığmasının məşqçisi: "Gimnastımız Minakovskaya Parsidə keçiriləcək Avropa çempionatına hazırlaşır"

24 İyul 2019 20:48
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qadın gimnastikası üzrə milli yığmasının məşqçisi Prjemislav Lis "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda idmançı Milana Minakovskayanın çıxışını normal qiymətləndirib.

Milli.Az bildirir ki, fikirlərini Trend-ə söyləyən məşqçi bildirib: "Bu, Milana Minakovskayanın üçüncü yarışıdır. Bundan öncə o, Belçikada qadın idman gimnastikası üzrə beynəlxalq turnirdə və Macarıstanda yuniyorlar arasında dünya çempionatında çıxış etmişdi. Onun bügünkü çıxışını normal quymətləndirmək olar. Milana sərbəst hərəkətlərdə yaxşı çıxış etdi, qollarda olan hərəkətlərdə isə hələ çox işləməlidir ki, səviyyəsini qaldırsın".

Milli yığmamızın məşqçisi, həmçinin qeyd edib ki, M.Minakovskaya 2020-ci ildə Parisdə keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatına iştirak üçün hazırlaşacaq.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.

İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparır. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.