İdman

"EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL

24 İyul 2019 08:55
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 4-cü yarış günündə festivalın proqramında yer alan 8 idman növü (atletika, üzgüçülük, idman gimnastikası, cüdo, həndbol, basketbol, voleybol, tennis) üzrə yarışlar baş tutacaq. Azərbaycan yığması bunların 7-də təmsil olunacaq.

Cüdoçular ilk dəfə mübarizəyə çıxacaqlar.

24 iyul

İdman gimnastikası

Çoxnövçülük, ayrı-ayrı hərəkətlər, təsnifat
Milana Minakovskaya

Basketbol

Oğlanlar, A qrupu, III tur
Azərbaycan - Xorvatiya

Həndbol

Qızlar, B qrupu, III tur
Azərbaycan - Çexiya
Oğlanlar, A qrupu, III tur
Azərbaycan - Serbiya

Üzgüçülük

Qızlar, 200 m, sərbəst üsul, təsnifat
Aysel Səfərova
Oğlanlar, 200 m, brass, təsnifat
Əliyar Cahangirbəyov
Qızlar, 100 m, batterflyay, təsnifat
Məryəm Şeyxəlizadəxangah
Oğlanlar, 200 m, batterflyay, final
Ramil Vəlizadə

Cüdo

Qızlar
44 kq, 1/8 final
Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya)
Oğlanlar
50 kq, 1/8 final
İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya)
55 kq, 1/16 final
Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya)
60 kq, 1/16 final
Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi

Voleybol

Oğlanlar, A qrupu, III tur

Azərbaycan - Rusiya

Atletika

Qızlar, üçtəkanla tullanma, təsnifat, B qrupu
Sabrina Jralova
Qızlar, 200 m, I mərhələ
Lamiyə Vəliyeva
Oğlanlar, 200 m, I mərhələ
Əli Abdıyev
Oğlanlar, hündürlüyə tullanma, təsnifat, B qrupu
Aydın Bədəlov

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.