İdman

Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

24 İyul 2019 08:40
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIDE-nin və "World Chess" şirkətinin Riqada birgə təşkil etdiyi "Grand Prix 2019""seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cavab oyununda Fransa təmsilçisi Maksim Vaşe-Laqrava məğlub olub.

Rəqiblər qalibin müəyyənləşməsi üçün iyulun 24-də tay-brekdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən gün keçirilmiş birinci partiyada Ş.Məmmədyarov M.Vaşe-Laqrava qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pridə göstərilən nəticələrə görə, şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.