İdman

Səməd Məmmədli idman gimnastikasında finala çıxıb

23 İyul 2019 20:01
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"EYOF Bakı-2019" yarışlarında idman gimnastikası üzrə çıxış edən Azərbaycan idmançısı Səməd Məmmədli finala çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastımız sərbəst hərəkətlərdə (13,800 xal), idman atında hərəkətlərdə (13,200 xal) və çoxnövçülükdə (78,500 xal) fərqlənib.

Xatırladaq ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-dən 27-dək 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı iştirak edir. İştirakçıların 52 faizi oğlanlar, 48 faizi qızlardır. Qaliblər 135 dəstdə 930 medal alacaq, onlardan 300-ü qızıl, 300-ü gümüş, 330-u bürüncdür. Azərbaycanı festivalda 122 idmançı təmsil edir. XV Yay Avropa Gənclər Olimpiya Festivalında idmançılar 10 formada - gimnastika, atletika, basketbol, ​​velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.