İdman

Belaruslu idmançı: "Milli Gimnastika Arenasını çox bəyənirəm"

23 İyul 2019 16:22
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasının zalını çox bəyənirəm.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda "EYOF Bakı-2019"da iştirak edən belaruslu gimnast Kiril Parximçuk deyib.

İdmançı bildirib: "Bakıda artıq ikinci dəfədir ki, çıxış edirəm, ilk dəfə bura Gənclər Olimpiya Oyunlarında iştirak etmək üçün gəlmişdim. Bugünkü çıxış pis olmadı, amma bir az atda hərəkətlərdə zəif oldum".

Belaruslu idmançı Azərbaycan gimnastlarının yarışlardakı çıxışlarını yüksək dəyərləndirib.

K.Parximçuk qeyd edib: "Azərbaycan gimnastlarının çıxışlarını izlədim, bizim çıxışlardan daha yaxşıdır. Amma biz də pis çıxış etmədik".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.