İdman

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

23 İyul 2019 13:38
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Dandolk" - "Qarabağ" oyunu öncəsi Azərbaycan çempionunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 21:30-da media mənsublarının önünə çıxacaq. Təmsilçimizin son məşqi isə 21:45-də qarşılaşmanın keçiriləcəyi "Oriel Park" stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Dandolk" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.