İdman

"Fənərbağça" 180 minə aldığı futbolçunu 17.5 milyon avroya satdı

23 İyul 2019 18:56
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın futbolçusu Elif Elmas "Napoli"yə transfer olunub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağ bildirilib.

Klubdan bildirilib ki, İtaliya təmsilçisi bu transfer üçün 16 milyon avro təzminat ödəyəcək. Bundan başqa futbolçunu performansına uyğun olaraq "Fənərbaxça" 1.5 milyon avro bonus qazanacaq. Həmçinin "Napoli" gələcəkdə Elifi başqa bir kluba satsa İstanbul təmsilçisinə 1.5 milyon avro verəcək.

"Fənərbağça" makedoniyalı futbolçunu 2017-ci ildə "Rabotniçki"dən 180 min avroya almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.