İdman

"Qəbələ" - "Dinamo": açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

23 İyul 2019 10:55
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını qəbul edəcək.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq "Qəbələ" - "Dinamo" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 24-də saat 18:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə "Dinamo"nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə "Qəbələ"nin məşqçisi Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyun öncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. "Qırmızı-qaralar" saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.