İdman

"Atletiko"da ayrılıq - FOTO

21 İyul 2019 19:49
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun müdafiəçisi Filipe Luis komandadan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu üçün rəhbərlik tərəfindən vida mərasimi təşkil olunub. Tədbirdə klub rəsmiləri, baş məşqçi Dieqo Simeone və bəzi futbolçular iştirak edib.

Komandanın gedişi ilə bağlı təəssüratlarını bölüşən 33 yaşlı cinah müdafiəçisi bunları söyləyib: "Atletiko" yaddaşımda ancaq gözəl xatirələrlə qalacaq. Bu gün kədərli deyiləm, əksinə, xoşbəxtəm. Çünki bu klub üçün hər şeyimi fəda etdim".

Qeyd edək ki, 2010-2014 və 2015-2019 mövsümlərində "Atletiko"nun formasını geyinən F. Luis Madrid klubunun heyətində 333 rəsmi oyunda meydana çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.