İdman

"Roma"dan yeni transfer

21 İyul 2019 19:46
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"  heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Fiorentina"dan Jordan Veretunu icarəyə götürüb. 26 yaşlı fransalı yarımmüdafiəçi qarşıdakı mövsümün sonunadək "Roma"da oynayacaq.
"Canavarlar" 1 illik icarə üçün Florensiya klubuna 1 milyon avro ödəyib. "Roma" mövsümün sonunda 16 milyon avro ödəməklə fransalı futbolçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Veretu 2017-ci ildən "Fiorentina"da çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.