İdman

Azərbaycan gimnastı Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb

21 İyul 2019 14:44
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastı Arzu Cəlilova yuniorlar arasında bədii gimnastika üzrə Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Cəlilova topla fərdi hərəkətlərdə 19," bal toplayaraq gümüş medalın sahibi olub.

Qızıl medalı Rusiya təmsilçisi Lala Kramarenko (21,525 bal), bürünc medalı isə Belarus təmsilçisi Arina Krasnorutskaya (18,475 bal) qazanıblar.

Bundan əlavə, Azərbaycan gimnastı iplə fərdi hərəkətlərdə 14,4 bal toplayaraq bürünc medal qazanıb.

Rusiya təmsilçisi Anastasiya Simakova (20,6 bal) qızıl, İtaliya təmsilçisi Sofiya Raffaeli isə gümüş medalların sahibi olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.