İdman

"Mançester Yunayted" qələbə ilə başladı

20 İyul 2019 19:33
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Kuboku beynəlxalq turnirində daha bir oyun keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, günün yeganə qarşılaşmasında "Mançester Yunayted" və "İnter" klubları üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Meyson Qrinvud 76-cı dəqiqədə vurduğu qolla "qırmızı şeytanlar"a qələbə qazandırıb. Beləliklə, mankunyanlar turnirə qalibiyyətlə start veriblər.

Qeyd edək ki, "Çempionlar Kubokun"da ümumilikdə 13 komanda iştirak edir. Turnirdə İngiltərədən "Mançester Yunayted"lə yanaşı, "Arsenal" və "Tottenhem", İspaniyadan "Real" və "Atletiko", İtaliyadan "Yuventus", "Milan", "İnter", "Roma" və "Fiorentina", Almaniyadan "Bavariya", Portuqaliyadan "Benfika" və Meksikadan "Çivas" komandaları mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.