İdman

"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir

20 İyul 2019 18:20
0 Şərh     Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma" "Yuventus"un hücumçusu Qonzalo İquaini icarəyə götürmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxt təmsilçisi argentinalı hücumçunu bir illik icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək. Bildirilir ki, "Roma" 31 yaşlı idmançını 27 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna da malik olacaq.

Bu barədə klublar anlaşsa da, İquainin təklifi qəbul etmədiyi qeyd edilir. "Yuventus"un təcrübəli futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadacağı və icarəyə göndərməyə razı salacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.