İdman

""Neftçi" qrupa düşsə, qürur duyacağıq" - Kristof Efros

19 İyul 2019 08:07
2 Şərh     Baxış: 1 094

"Çox şey danışmaq olar. Rəqibi təbrik etməklə kifayətlənirəm".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunları Moldovanın "Sperantsa" komandasının baş məşqçisi Kristof Efros "Neftçi"yə 0:6 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.

27 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda hakimlərin "Neftçi"yə kömək etməsi fikrində qalır:

"Bu gün eyni sözü deyə bilmərəm. Səhvlər etdik. Təəssüf ki, biz "Liverpul" deyilik bu cür hesablardan sonra geridönüş edə bilək".

Baş məşqçi "Klub prezidenti olan atanıza nə hesabat verəcəksiniz?" sualına belə cavab verib:

"Bu bizim daxili problemimizdir. Hesabatı mətbuata yox, prezidentə verəcəyəm. Suallarınız aqressivdir. Sonra da deyirsiniz ki, mən aqressiv danışıram. Elə sözlər deyərəm ki, sizin xoşunuza gələ bilər. İstəyirsinizsə, həyatdan danışaq. Hər bir insan irəli baxır. Sizin maaşınız aşağıdırsa, yüksək olmasına çalışacaqsınız. Ancaq axmağın biri deyər ki, uduzacağam. Mənim kişiliklə bağlı hər bir şeyim qaydasındadır. Azərbaycanın neft satması ilə bağlı sözlərim komplimentdir. Biz də çaxır satırıq. Bunda heç bir problem yoxdur. Oyundan qabaq ancaq pozitiv fikirlər səsləndirdim. Hərçənd xoş olmayan bəzi nüanslar vardı. Amma mən durub "Neftçi" düşərgəsi kimi meydan və ya digər amillərdən danışmayacağam. "Neftçi" qrupa düşsə, qürur duyacağıq".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Roya · 19 İyul 08:4630

    Deyesen meğlub olmaları ona çox tesir edib ki Neftçiye qarşı kinayesini gizlede bilmeyib.Amma olsun hemişe biz üzülmeyeceyik ki,biraz da onlar uduzub üzülsünler.

    Cavab yaz
  • Anonim
    Filantrop · 19 İyul 10:4930

    3:0-lıq məğlubiyyətdən sonra da deyirdi ki,hakimlər "Neftçiyə" yardım etdilər.Ay başına dönüm,6:0 axı hakimlik deyil....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.