İdman

"Qarabağ" yeni hücumçu transferini rəsmən açıqladı

17 İyul 2019 19:14
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini həyata keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı hücumçu Maqaye Qeyeni heyətinə cəlb edib. Transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, 29 yaşlı Seneqal əsilli futbolçu "Strasburq"un yetirməsidir. Onun son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. Qeye karyerası ərzində Fransanın "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarında da çıxış edib.

Xatırladaq ki, "Qarabağ" yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli müdafiəçi Faysal Rerras və ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə qatıb.

Maqaye Qeye "Qarabağ"ın direktoru Emrah Çelikelle

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.