İdman

Hazard bu türk klubunun formasını geyinəcək - ÖZÜ AÇIQLADI

17 İyul 2019 17:09
0 Şərh     Baxış: 2 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir gün "Fənərbaxça"da oynayacağam".

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bunu "Çelsi"dən "Real Madrid"ə transfer olan belçikalı futbol ulduzu Eden Hazard "Fənərbaxça"nın sabiq meneceri Hasan Çetinkayaya deyib.

Çetinkaya Hazardla bağlı İHA agentliyinə açıqlama verib: "Hazard köhnə dostumdur. 15-16 yaşımdan bəri onu tanıyıram. O zaman "Lille"də oynayırdı. "Fənərbaxça"ya qarşı müdhiş rəğbəti var. Mənə də söz verib. "Bir gün "Fənərbaxça"da oynayacam" deyib. Nə zaman olacağını bilə bilmərik. Bizim söhbət etdiyimiz dövrlərdə Hazard, Qervinyo və Sov var idi. Oradan sadəcə Sovu ala bildik. Hazard fərqli səviyyəyə keçdi. Avropanın ən yaxşı klublarından təklif aldı. Könül istərdi ki, o zaman "Fənər"ə gəlsin. Baxaq görək, zaman göstərəcək. Bir gün "Fənərbaxça" forması geyinəcək Hazard".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.