İdman

"Çox möhtəşəm bir kluba gəlmişəm" - "Qarabağ"ın transferi

16 İyul 2019 12:34
5 Şərh     Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın yeni transferi Faysal Rerras klubun mətbuat xidmətinə açıqlama verib.

Milli.Az klubun rəsmi "facebook" hesabına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi "Qarabağ"a keçidi haqda bunları deyib:

"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. Müdafiənin həm sağ, hər sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumatım var idi, avrokuboklarda oyunların izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".

"Qarabağ" Rerrası Fransanın "Bezye" klubundan transfer edib. Mərakeşli futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.