İdman

Zidanın oğlu Portuqaliya klubunda

16 İyul 2019 09:49
1 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real" klubunun baş məşqçisi Zinədin Zidanın böyük oğlu Enzo Zidanın yeni iş yeri müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonra Portuqaliyanın "Aveş" klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ötən mövsümü 14-cü pillədə başa vuran Premyer Liqa təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.
 
"Real"ın yetirməsi olan Enzo, Madrid klubunun əvəzedici heyətində oynasa da, əsas komandada debüt etməyib. O, bir müddət İspaniyanın "Alaves" klubunda oynadıqdan sonra İsveçrənin "Lozanna-Sport" klubuna üz tutub. Geridə qalan mövsümdə isə yarımmüdafiəçi icarə əsasında İspaniyanın "Rayo Mahadaonda" klubunun uğurları üçün çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.