İdman

Yaponiya millisinin üzvü “Barselona”da

16 İyul 2019 10:09
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya çempionu "Barselona" növbəti transferini rəsmiləşdirib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Yaponiyanın "Kasima Antlers" klubunun futbolçusu Hiroki Abe bundan sonra Kataloniya təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

Bu transfer üçün Kataloniya təmsilçisi Yaponiya klubuna 1.1 milyon avro təzminat ödəyib. Onun növbəti mövsüm əvəzedici komandada oynayacağı və təzminat qiymətinin 40 milyon avro olduğu açıqlanıb. Amma yaponiyalı futbolçu əsas komandaya yüksələcəyi təqdirdə, onun təzminat qiyməti avtomatik 100 milyon avro olacaq.

Yaponiya millisinin üzvü olan Abe, ötən mövsüm 25 oyunda 2 qol vurub, 2 qol ötürməsi verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.