İdman

“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda

16 İyul 2019 07:35
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.

Xatırladaq ki, hazırda "Qəbələ"nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyada legioner həyatı yaşayır. O, "Slaviya" (Praqa) klubunda çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.