İdman

"Qrizmannı transfer etmək asan olmadı" - "Barselona" prezidenti

15 İyul 2019 19:24
0 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu yeni transfer Antuan Qrizmannla bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbəri, fransalı futbolçunu transfer etməyin çətin olduğunu bildirib:

"Qrizmannla müqavilə imzalamaq asan olmadı. Hazırda hər şeydən çox məmnunuq. Belə bir qərar üçün ona təşəkkür edirik. Biz onunla danışıqlara may ayından başladıq. Mart və ya aprel ayında heç bir danışığımız olmamışdı. "Atletiko"nun bəyanatına gəlincə, mən onlarla danışdım. Başa düşürəm ki, onlar öz maraqlarını qoruyurlar, amma bu vəziyyətin onlara müsbət təsir edəcəyinə inanmıram".

"Barselona" Qrizmannın transferini açıqladıqdan sonra "Atletiko" bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin bəndinə əsasən, iyulun 1-nə kimi onun təzminat qiymətinin 120 yox, 200 milyon avro olduğunu bildirib. "Barselona" 200 milyon ödəyərək, 28 yaşlı oyunçunu heyətə qatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.