İdman

“Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

15 İyul 2019 16:39
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Neftçi" - "Speranta" (Moldova) və "Universitatya Krayova" (Rumıniya) - "Səbail" matçlarına hakim təyinatları açıqlanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Neftçi" - "Speranta" matçını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yulian Veynberqer olacaq. Ona Maksimilian Kolbitş və Mixael Nemets kömək edəcək. 4-cü hakim funksiyasını isə Andreas Hays yerinə yetirəcək.

"Universitatya Krayova" - "Səbail" matçını isə İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Helgi Yonasson olacaq. Ona Yohan Qudmundsson və Brayngeyr Valdimarsson kömək edəcək. 4-cü hakim funskiyasını isə İvar Kristyasson yerinə yetirəcək.

Hər iki qarşılaşma iyulun 18-də keçiriləcək. "Neftçi" ilk oyunda "Speranta"nı 3:0 hesabıyla məğlub edib. "Səbail" isə "Universitatya Krayova"ya 2:3 hesabıyla məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.