İdman

“I ƏKİNÇİ KUBOKU”nda finalçılar məlum oldu

15 İyul 2019 14:41
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Media nümayəndələri arasında keçirilən "I ƏKİNÇİ KUBOKU" mini futbol turnirinin finalçıları məlum olub.

Milli.Az xəbər verir ki, "Azfar Group"un təşkilati dəstəyi, 4çarx Təkər Mərkəzinin təşkilatçılığı, "Mammedoff Group"un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu ilə Jurnalistləri arasında mini-futbol üzrə "I Əkinçi Kuboku" turnirinin final mərhələsinə yüksələn komandaların adı bəlli olub.

Ötən gün növbəti turun 3 oyun keçirilib. Turnir "İki Sahil" - "Bakı 2019" oyunu ilə start götürüb. Oyun Bakı 2019 komandasının qələbəsi ilə başa çatıb. Finalçıların adına isə bazar günü aydınlıq gəlib. "İdman Azərbaycan" - "Müsavat" , "İTV" - "İnternasional"  oyunları ilə ikinci tura yekun vurulub. İdman Azərbaycan və İnternasional növbəti finalçılar olub.

Qeyd edək ki, kubokun final oyunları iyulun 19-20-21 - də olacaq. Qaliblərin mükaftlandırma mərasimi iyulun 21-də keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.