İdman

Neymar PSJ-nin düşərgəsində - məşqlərə başladı

15 İyul 2019 15:54
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin hücumçusu Neymar komandanın düşərgəsinə qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünən gecə San-Pauludan Paris uçan braziliyalı futbolçu səhər saatlarında klubun bazasına yollanıb. Onun komanda ilə birlikdə məşqlərdə iştirak etdiyi bildirilir.

Bu gün həmçinin futbolçu ilə PSJ-nin idman direktoru Leonardo arasında gecikmə məsələsinə görə iclas nəzərdə tutulub.

Qeyd edək ki, PSJ iyulun 8-də Neymarın mövsümöncəsi keçirilən ənənəvi iclasa qatılmadığını və buna görə cərimələndiyini açıqlamışdı. Futbolçunun atası isə oğlunun hələ 1 həftəlik istirahət vaxtının olduğunu bildirmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.