İdman

Azərbaycan millisi Türkiyədə üçüncü oldu

15 İyul 2019 14:34
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə dünən yekun vurulub.

Milli.Az xəbər verir ki, 47-ci dəfə təşkil olunan ənənəvi yarışda ölkəmizi yalnız sərbəst güləş üzrə yığmamız təmsil edib.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 10 güləşçi reytinq xarakterli turnirdə qüvvəsini sınayıb. İki qızıl, iki bürünc medala sahib olan millimiz 100 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Çempionlar - Murtuzəli Müslimovla (70 kq) Aleksandr Qostiyev (86 kq) yığmamıza 25 xal qazandırıbsa, bürünc medala sahib çıxan Georgi Edişeraşvili (57 kq) və Şamil Zubairov (92 kq) hərəyə 15 xalı hesabımıza yazıb. Əli Rəhimzadə (65 kq) ilə Abubakr Abakarovdan (79 kq) isə hərəyə 10 xal komandamıza gəlib.

Qeyd edək ki, təşkilatçı ölkə 165 xalla sərbəst güləş yarışında 1-ci yeri tutubsa, Türkiyədən 10 xal geri qalan ABŞ 2-ci olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.