İdman

“25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq” - “Partizani”nin baş məşqçisi

15 İyul 2019 10:24
0 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cavab oyununa hazırlaşırıq. İyulun 15-də Bakı səfəri öncəsi daha bir məşqimiz olacaq. Deyə bilərəm ki, hər şey yolunda gedir".

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda yerli jurnalistlərə açıqlamasında deyib. 

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri cavab oyununa hazırlaşdıqlarını söyləyən italiyalı mütəxəssis Bakıda onları çətin görüş gözlədiyini bildirib:

"İlk oyunu təkrar izlədik, bizi maraqlandıran epizodları təhlil etdik. Məsələn, top rəqibdə olanda necə oynamalıyıq, yaxud da əksinə. Özümüzə inanırıq. Düzdü, bizi Bakıda çətin oyun gözləyir. Amma öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Qarşıda hələ 3 günümüz var. Hansı futbolçuların formada olduğunu görə biləcəyik. Əsas məqsədimiz top rəqibdə olanda müdafiə olunmaq, bizdə olanda isə hücuma keçməkdi. Hər şeyə hazır olmalıyıq".

Mərhələ adlamaq şanslarını da dəyərləndirən Lerda hər şeyin mümkün olduğunu deyib: "İnamımız var. Necə olacağını oyun göstərəcək. 25 milyon avroluq büdcəsi olan və ardıcıl bir neç ildi avrokubokların qrupunda mübarizə aparan komandaya qarşı oynayırıq. "Qarabağ"ın nəyə qadir olduğunu bilirik. Ancaq futbolda hər şey ola bilər".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyununa Bakı vaxtı ilə 21:00-da start veriləcək. Albaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.