İdman

"Qarabağ" - "Partizani" matçının hakimləri açıqlandı

15 İyul 2019 10:09
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Moldovadan olan hakimlər briqadasını göndərir.

Görüşü Dumitru Muntian idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodyan kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək. Hakimlərin işinə hakim-inspektor Uilliam Yanq (Şotlandiya) qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə ingiltərəli Maykl Foster olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.