İdman

Afrika Millətlər Kubokunda ilk finalçı bəlli oldu

14 İyul 2019 23:10
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Millətlər Liqasında finala yüksələn ilk komandanın adına aydınlıq gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Seneqal və Tunis komandaları arasında keçirilən yarımfinal matçından sonra müəyyənləşib.

Qarşılaşmanın əsas vaxtı qolsuz başa çatıb. 90 dəqiqə ərzində komandalar hərəyə bir dəfə penalti qazansa da, heç biri bundan yararlana bilməyib. Əsas vaxtda hesab açılmadığından qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılıb.

Oyunda ilk qol 100-cü dəqiqədə vurulub. Tunisli D.Bronnun öz qapısına vurduğu qol Seneqalı finala daşıyıb.

Qeyd edək ki, yarımfinalın digər matçında Əlcəzair və Nigeriya milliləri üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.