İdman

"Qarabağ" əsas futbolçusundan imtina edir

14 İyul 2019 18:57
2 Şərh     Baxış: 2 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" müqaviləsi başa çatan Donald Gerye ilə yolları ayırmaq qərarını verib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu haitili yarımmüdafiəçiyə yeni müqavilə təklifi edib. Hazırda ölkəsində olan və başqa klublardan təklif alan futbolçu əvvəlcə gələcəyini vəd etsə də, indiyədək ciddi bir əsas gətirməyərək klubun düşərgəsinə qoşulmayıb. Bu sayğısız davranışına görə, komandanın baş məşqçisi Qurban Qurbanov ondan imtina etmək qərarına gəlib. 

Bu arada, "Qarabağ"ın rəsmi sosial şəbəkəsi xəbər yayıb ki, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə yeni transfer Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə cavab oyununda meydana çıxa bilər.

Qeyd edək ki, Ailton da Gerye kimi müdafiənin sol cinahında oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.