İdman

Murillo Italiyaya qayıtdı

14 İyul 2019 17:52
0 Şərh     Baxış: 476

"Sampdoria" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Valensiya" klubunun müdafiəçisi Ceyson Murilyonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı kolumbiyalı futbolçu 1 illik icarəyə götürülüb. Amma mövsüm bitəndən sonra "Sampdoria" 15 milyon avro ödəməklə onun transfer hüququnu da alacaq.

"Udinese" klubunun yetirməsi olan Murilyo, bu ölkədə daha çox "İnter"dəki çıxışı ilə məşhurlaşıb. İspaniyada isə "Granada", "Cadiz" və "Las Palmas"da da oynamış futbolçu, "Valensiya"da 2017-ci ildən forma geyinir. Bu ilin yanvar ayında Barcelona-ya da icarəyə verilmiş mərkəz müdafiəçisi, Kataloniya təmsilçisində cəmi 2 oyuna çıxıb. Kolumbiya yığmasında 18 oyun keçirən Murilyo 1 qolla yadda qalıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.