İdman

Gimnastımız Universiadada daha bir gümüş medal qazanıb

13 İyul 2019 23:16
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 13-də Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün çoxnövçülük üzrə gümüş medal qazanan gimnastımız Zöhrə Ağamirova, bu gün də uğurlu çıxışı ilə medala qazanmağa müvəffəq olub. Belə ki, Zöhrənin gürzlərlə icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.

Bununla da, Azərbaycan gimnastika komandası Universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.