İtaliyanın "İnter" klubu hücumçusu Mauro İkardinin transfer qiymətini müəyyənləşdirib.
Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, klub, baş məşqçi Antonio Kontenin planlarına daxil olmayan 26 yaşlı futbolçunu satmağa qərar verib. "Neradzurra" İkardinin transferindən azı 50 milyon avro qazanmaq niyyətindədir.
"İnter"lə 2021-ci ilədək müqaviləsi olan argentinalı hücumçu, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. İkardi ilə "Yuventus"un yaxından maraqlandığı deyilir.
Milli.Az