İdman

Transferə ən çox pul xərcləyənlər - 5 ilə 1 milyard avro

13 İyul 2019 11:29
0 Şərh     Baxış: 849

Avropada son 5 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" bu göstəricidə bütün komandaları qabaqlayıb. Kataloniya təmsilçisi 2014-ci ilin yayından bu yana yeni oyunçulara 1 milyard avrodan çox pul xərcləyib. Bu müddət ərzində ispanların oyunçu satışından qazancı isə 627 milyon avro olub.

Transferlərə ən çox pul xərcləyən ikinci klub 996 milyon avro ilə "Mançester Siti"dir. İlk üçlüyü 890 milyon avro ilə digər ingilis təmsilçisi "Mançester Yunayted" tamamlayır.

İlk onluq isə bu cürdür:

1. "Barselona" - 1.08 milyard avro

2. "Mançester Siti" - 996 milyon avro

3. "Mançester Yunayted" - 890 milyon avro

4. "Çelsi" - 875 milyon avro

5. "Yuventus" - 868 milyon avro

6. "Atletiko" - 800 milyon avro

7. PSJ - 773 milyon avro

8. "Real" - 755 milyon avro

9. "Liverpul" - 714 milyon avro

10. "Roma" - 586 milyon avro

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.