İdman

Dünyanın ikinci ən bahalı müdafiəçi transferi açıqlanır

13 İyul 2019 11:19
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus" Mattis de Liqtin transferini "Ayaks"la razılaşdırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Turin klubu Hollandiya təmsilçisinə 82 milyon avroya ödəyəcək. Bununla da de Liqt futbol tarixinin ikinci ən bahalı müdafiəçisi olacaq. Ən bahalı müdafiəçi isə 2018-ci ilin yanvarında "Sautqempton"dan "Liverpul"a transfer olunan holland Vircil van Deykdi - 84,5 mln avro.

De Liqtin özünə gəlincə, onun illik maaşı 12 milyon avro olacaq. 19 yaşlı müdafiəçi həmçinin performansa və qazanılacaq nəticələrə görə əlavə 3 milyon avro bonus da qazana bilər. Onun meneceri Mino Rayola isə bu keçidə görə 12 milyon avro əldə edəcək.

Qeyd edək ki, ötən mövsümdə de Liqt "Ayaks"ın heyətində 55 oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.