İdman

Bəyənilənlə alınan futbolçu eyni adam çıxmadı - Biabırçı transfer

12 İyul 2019 18:24
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə futbolunda maraqlı transfer hadisəsi baş verib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, I liqaya yenicə vəsiqə qazanan "Menemenspor" yanlış oyunçu ilə müqavilə bağlayıb.

Məsələ burasındadı ki, rəhbərlik menecerlər vasitəsilə təklif edilən və video görüntüləri izlənilən İtaliya B seriyası komandası "Salernitana"nın qambiyalı hücumçusu Lamin Yallovla anlaşıb. Oyunçu İzmirə dəvət olunub və iyulun 8-də rəsmi müqavilə imzalanıb. Lakin sonradan məlum olub ki, sözləşməyə qol çəkən Yallov bəyənilən Yallov deyil. Sən demə, klubun formasını geyinən və əli sıxılan oyunçu Portuqaliyanın III liqa təmsilçisi "Alkoketense"li Alfa Yallov olub.

Bu aşkara çıxdıqdan sonra 21 yaşlı qambiyalı tələm-tələsik geri qaytarılıb. Beləliklə, "Menemenspor"un tarixində 2-ci əcnəbi futbolçu transferi biabırçı sonluqla nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.