İdman

Klublarımızın avrokubok gəlirləri – 240 min avrodan başlayır…

12 İyul 2019 15:06
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA 2019/20 mövsümü üçün Avropa kuboklarında mübarizə aparan klublara ayırdığı gəliri açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı hesabat qurumun saytında yayımlanıb. Yeni mövsüm Çempionlar Liqası, Avropa Liqası və UEFA superkubokundan kommersiya daxilolmaları 3,25 milyard avro məbləğində dəyərləndirilir.

UEFA-nın qərarına əsasən, 2019/20 mövsümü üçün avrokuboklarda mübarizə aparan komandaların gəlirləri aşağıdakı kimi olacaq:

Çempionlar Liqası

İlkin mərhələ: 230 min avro
Birinci mərhələ: 280 min avro
İkinci mərhələ: 380 min avro
Üçüncü mərhələ: 480 min avro 
Pley off: Bu mərhələ üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından onlara mükafat veriləcək.

Qrup mərhələsi: 32 komandanın hər birinə 15,25 milyon avro

Qrupda qələbə üçün: 2,7 milyon avro
Heç-heçə üçün: 0,9 milyon avro

1/8 finala çıxmağa görə: 9,5 milyon avro
1/4 finala çıxmağa görə: 10,5 milyon avro
1/2 finala çıxmağa görə: 12 milyon avro
Finala çıxmağa görə: 15 milyon avro
Çempionlar Liqasının qalibinə: 4 milyon avro

UEFA superkubokunda iştiraka görə: 3,5 milyon, qalib olmağa görə əlavə 1 milyon avro

Avropa Liqası

İlkin mərhələ: 220 min avro
Birinci mərhələ: 240 min avro
İkinci mərhələ: 260 min avro
Üçüncü mərhələ: 280 min avro
Pley-off: 300 min avro (yalnız məğlublar üçün. Qalib komanda qrupa vəsiqə qazandığından onlara mükafat ödəniləcək)

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro.

Qrupda qələbə üçün: 570 min avro
Heç-heçə üçün: 190 min avro
Qrupun qalibinə: 1 milyon avro
Qrup ikincisinə: 500 min avro

1/16 finala çıxmağa görə: 0,5 milyon avro
1/8 finala çıxmağa görə: 1,1 milyon avro
1/4 finala çıxmağa görə: 1,5 milyon avro
1/2 finala çıxmağa görə: 2,4 milyon avro
Finala çıxmağa görə: 4,5 milyon avro
Qalib əlavə 4 milyon avro qazanacaq

Xatırladaq ki, 2019/20 mövsümündə Azərbaycanı avrokuboklarında dörd komanda təmsil edir. "Qarabağ" Çempionlar Liqası, "Neftçi" və "Səbail" Avropa Liqasının birinci mərhələsindən mübarizəyə başlayıb. Ölkə kubokunun sahibi "Qəbələ" isə Avropa Liqasına ikinci mərhələdən qoşulacaq.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.