İdman

"Sperantsa"nın baş məşqçisindən şok sözlər: "Hesabda üçüncü şəxslərin rolu oldu"

12 İyul 2019 10:15
1 Şərh     Baxış: 2 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının I təsniftat mərhələsinin ilk oyununda öz meydanında "Neftçi"yə uduzan (0:3) Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristian Efros görüşdən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 27 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Futbolçulardan razı qaldım. Hesab onu göstərdi ki, Üçüncü şəxslərin rolu oldu. Əlbəttə, üzücü məğlubiyyətdi. Rəqibin yerində olsaydım qələbəyə sevinməzdim. Gülməli idi.

- Üçüncü şəxslər kimi nəzərdə tutursuz? Hakimləri?

- Növbəti suala keçin. Siz hakimləri təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.

- "Neftçi"nin zəif tərəflərindən danışmışdız. Onları tapa bilmədiz?

- Müdafiə xəttini nəzərdə tuturdum. İmkanlarımız var idi, istifadə edə bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdu.

- Cavab matçı formal olacaq?

- Hələ hazırlaşmaq üçün bir həftə vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

- Niyə ikinci hissə başlayandan sonra meydançaya çıxdız?

- Həmişə belə edirəm, əvvəl komanda çıxır, sonra mən.

- Niyə digər məşqçilər kimi hissənin startından texniki zonada olmursuz?

- Fikir verdizsə, meydanı fırlanaraq ora getdim. Useyn Bolt deyiləm ki, tez çatım.

- Niyə belə aqressivsiz?

- Konkret necə aqressiv?

- Cavablarınız aqressivdi... "Neftçi"nin qələbəsinə kölgə salmağa çalışırsız?

- Niyə sevinəsən belə qələbəyə? Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram, sadəcə, öz düşüncələrimi bildirirəm.

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdız. Sizdən revanş aldı?

- Belə də demək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.