İdman

“Essyenin “Çelsi”də, “Real”da oynayan vaxtı deyil” - Hacıyev

11 İyul 2019 23:21
2 Şərh     Baxış: 935

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Səbail" - "Universitatya Krayova" matçı rumınların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransına qatılan bakılıların baş məşqçisi Aftandil Hacıyev məğlubiyyəti şərh edib:

"Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Futbolçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. "Səbail" gənc klubdur və stabil büdcəyə malikdir. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdir. Sadəcə, heyəti daha da gücləndirə bilərik. Hazırda Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Onunla rəqabət aparacaq futbolçu yoxdur. Bu, problemdir. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq".

Hacıyev legioner futbolçusu Essyendən də söz açıb: "Bu gün Essyenin "Çelsi"də, "Real"da oynayan vaxtı deyil. O, iki ay yarım əvvəl komandamıza gəlib. Bundan öncə isə il yarım futbol oynamayıb. Essyenə görə kiminsə bizi varlı klub qismində qələmə verməyi normaldır. Ancaq reallıq fərqlidir. Essyenin hansı vəziyyətdə olmasını biz yaxşı bilirik".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aga · 11 İyul 23:5100

    Yene bos bos atmaskalar

    Cavab yaz
  • Anonim
    anonim · 12 İyul 09:1110

    essyenin realda celside oynayan vaxtlari olsaydi sizde ne gezirdi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.