İdman

“15 dəqiqə bilmədik hara qaçaq” - Ramin Musayev

11 İyul 2019 22:37
1 Şərh     Baxış: 1 316

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Səbail" - "Universitatya Krayova" matçını izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyundan sonra açıqlama verən PFL rəhbəri rumınların 3:2 hesabıyla qalib gəldiyi qarşılaşmanı şərh edib:

"Şans sonda bitir. Rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə mənim fikirlərimlə razı olmaya bilərsiz. Rəqibin tarixi var idi, "Səbail" isə debüt edirdi. Onlar bir futbolçu satdılar. Həmin pul "Səbail"in 5 illik büdcəsi deməkdir. Cavan uşaqlar var idi. Onlar istər-istəməz çəkinirdilər. "Neftçi" ilə ilk dəfə avrokuboklarda "Anderlext" qarşı oynayanda uşaqlar dedi ki, 15 dəqiqə bilmədik hara qaçaq. Rumıniya komandaları həmişə çətin olub. Onlarla matçlarımız dava ilə bitirdi. Bütün komandalara uğurlar arzu edirəm".

Qurum rəhbəri çempionatın başlaması ilə bağlı suala da cavab verib: "Növbəti mövsüm avqustun 16-da start görürəcək. Əsasnamədə yeniliklər olacaq".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Samed dagli · 11 İyul 23:3200

    Deyesen Ramin Musayev Unversitatyanin tarixi ile maraglanmayib bu komandada daha yeni yaranib 2013 ilde qurulub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.